Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı aktivinə yazdırıb.

Offsideplus.az xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova gürzlə hərəkətlərdə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, idmançımız daha əvvəl halqa ilə hərəkətlərdə gümüş, topla hərəkətlərində isə bürünc medal qazanmışdı.