Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha bir qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Vladimir Dolmatov aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, fərdi proqramda çıxış edən digər Azərbaycan idmançısı Mədinə Mustafayeva isə gümüş medal qazanıb.