Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında voleybol yarışları davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci görüşündə Əfqanıstanla qarşılaşıb. Oyun yığmamızın 3:0 (25:4; 25:11; 25:4) hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, millimiz ilk matçında Seneqalı məğlub etmişdi – 3:0 (25:7; 25:6; 25:10).
Qeyd edək ki, Eldar Yusubovun rəhbərlik etdiyi komanda avqustun 12-də B qrupunda sonuncu oyununda Kamerunla üz-üzə gələcək.