Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

 Offsideplus.az xəbər verir ki, Pərviz Səmədovun komandası A qrupunun ikinci turunda Türkiyə millisi ilə qarşılaşcaq. Bakı Voleybol mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq. Oyun Cbc Sport kanalı tərəfindən canlı yayımlanacaq.

Qeyd edək ki, yığmamız ilk turda Danimarka millisinə (1:3) hesabıyla məğlub olub.