Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində çıxış edən Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının kapitanı Elçin Əsədov qonşu ölkədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı qran-prisinə qatılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının kapitanı 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.
Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandanın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib. Yarışda 1-ci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Aleksandr Prevar (2:40.36) layiq görülüb.
Yahyalı qran-prisində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.