Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub.

Federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Daha sonra nazir Fərid Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə naziri məlumatlandırıb.

24b6c8d5 2597 4b8a 8031 bcb5b0e4f99b

73b2c5a7 0b03 4180 8abc d787835c3a2b

be4440f1 fb57 4123 911f e7192c3fbd58

d483c2b8 cc48 4606 b870 32861abbb21b

55d25de3 a457 4aa8 92b4 09bf4b82ea99

ab6e8a38 6d50 4e8a 8389 ad89dda905b1

dc5f69bd 9148 485e b70a e9332c658386

ab694c18 621c 4906 8a83 7f80d7ccdfd8