Əməkdar artist, "Neftçi" klubunun Müşahidə Şurasının keçmiş üzvü Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik yoxdur.
Offsideplus.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, Bağırzadənin səhhətində ümumilikdə müsbət dinamika davam edir. Bəhram Bağırzadə iyun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.(axar.az)