UEFA-nın hazırkı rəhbəri Aleksandr Ceferin qurumda keçiriləcək növbəti prezident seçkilərində yeganə namizəd olacaq.
Offsideplus.az xəbər verir ki, UEFA-nın rəsmi saytı noyabrın 7-də ərizə qəbulu başa çatdığını bildirib. UEFA-nın növbəti prezident seçkiləri 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romadakı Konqresdə keçiriləcək.
Qeyd edək ki, Aleksandr Ceferin 2016-cı ildə UEFA-nın prezidenti seçilib. O, quruma üzv olan milli assosiasiyalardan 42-nin səsini alıb. (report)