Polşanın "Radomyak" klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Rahil Məmmədova təqaüd veriləcək.

Offsideplus.az xəbər verir ki, məlumatı "Echo Dnia" qəzeti yayıb.

Radom şəhərinin rəhbərliyi komandanın üzvlərini mükafatlandırmaq qərarına gəlib. Ümumilikdə, "Radomyak"ın 22 təmsilçisi təqaüdə layiq görülb. Maraqlıdır ki, R.Məmmədov siiyahıda ən çox pul alan 2 şəxsdən biridir. Yığmamızın müdafiəçisindən başqa, "Radomyak"ın portuqaliyalı baş məşqçisi Joao Enrikes də hər ay 22 000 zlotı alır. Bu, təxminən 9400 manat təşkil edir.

Şəhər büdcəsindən ödəniləcək təqaüd 2025-ci ilin yanvar-iyun aylarını əhatə edəcək. Razılaşmaya görə, futbolçulara sərf olunacaq digər xərcləri "Radomyak" rəhbərliyi bilet satışı, yayım hüquqları və klubun atributlarının satışından əldə olunan gəlir hesabına ödəməlidir.

Qeyd edək ki, "Radomyak" hazırda Polşa çempionatının 15-ci pilləsində qərarlaşıb.