Neymar Səudiyyə Ərəbistanı ilə vidalaşa bilər.

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduzun "Əl Hilal" klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayında başa çatacaq. Ərəblər daha bir il müddətinə müqaviləni yeniləyə bilər. 

Braziliyalı hücumçu isə "İnter Mayami" və "Santos" klublarının transfer siyahısındadır.