Millimizin üzvü Rahil Məmmədovun şərəfini qoruduğu "Radomyak" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Qornik Zabrze" ilə qarşılaşıb.
90 dəqiqə ərzində hesab açılmayıb. Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğuna görə görüş əlavə vaxta gedib. 93-cü dəqiqədə fərqlənən "Radomyak" cütün taleyini həll edib.
Qeyd edək ki, Rahil 120 dəqiqə meydanda olub.