UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunu çərçivəsində sabah Qəbələnin U-19 komandasının qonağı olacaq Sheriffin müvafiq yaş qrupundan ibarət kollektivi artıq Azərbaycandadır.
Offsideplus.az xəbər verir ki, Moldova təmsilçisi Qəbələyə 18 futbolçu ilə gəlib. Yerli otellərdən birində məskunlaşan komandanın bu gün axşam saatlarında məşqə çıxacağı bildirilib.
Qeyd edək ki, Qəbələ - Sheriff görüşü saat 18:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Tiraspolda olacaq.