Merih Demiralın Avstriyaya qarşı oyunda vurduğu ikinci qoldan sonra "bozqurd" işarəsi göstərməsi klub karyerasına da təsir edə bilər.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yayılan iddialara görə, "Əl Əhli" türk futbolçu ilə müqaviləyə xitam verəcək. Ərəblər Demiralın Avropa çempionatında bəhs olunan əl hərəkətini göstərməsindən narazıdır.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2023-cü ildən "Əl Əhli"nin formasını geyinir.