"Əl-Nəsr"in hücumçusu Kriştano Ronaldo cəzalanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi qərar verib.

Portuqaliyalı futbolçu 1 oyunluq diskvalifikasiya olunub. Buna səbəb onun “Əl-Şəbəb”lə oyunda (3:2) rəqib azarkeşlərə qarşı qeyri-etik jest etməsi olub.

39 yaşlı ulduz 7998 dollar cərimə də ödəməli olacaq.