Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Marselo Qalyardo Səudiyyə Ərəbistanı klubunda işləyəcək.
Argentinalı adıçəkilən klubla ilyarımlıq müqavilə imzalayacaq.
Diqqətçəkən məqam odur ki, komandanın aparıcı üzvləri Kərim Benzema və Nqolo Kantenin də Qalyardo haqda fikirləri müsbət olub deyə, rəhbərlik onu bu posta təyin etmək qərarına gəlib.