Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya kubokunda 1/8 final oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi aşağı liqa təmsilçisi "Oriolik"in qonağı olub. Matç "Dinamo"nun 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Emreli 62-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 7-ci qolunun müəllifi olub.
Bu qələbə ilə Zaqreb klubu 1/4 finala yüksəlib.