"İnter Mayami" MLS-də mövsümün son oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda "Şarlott"un qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şarlott" - "İnter Mayami" - 1:0
Qol: Varqas, 13

"İnter Mayami"nin futbolçusu Lionel Messi sözügedən görüşdə iştirak edib. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "İnter Mayami" pley-off mərhələsinə yüksələ bilməyib.