“Reyncers” növbəti dəfə baş məşqçisini dəyişmək qərarına gəlib. Şotlandiya nəhəngi Maykl Bili istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, buna səbəb qlazqoluların son turda evdə “Aberdin”ə 1:3 hesabıyla uduzmasıdır. Məğlubiyyətdən sonra lider “Seltik”dən 7 xal geri qalan komandanın vəziyyəti çətinləşib.
Bil ötən ilin sonunda bu posta təyinat almışdı. Onunla müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulsa da, mütəxəssis ümidləri doğrultmayıb.