Futbol üzrə Kosovo çempionatında 7-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevun formasını geyindiyi “Lapi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Malişeva” ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib. Araz bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ikinci qolunda Abdullayev məhsuldar ötürmə müəllifi olub.

“Lapi” hazırda 16 xalla zirvədə qərarlaşıb.