“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klubun transferinə fayda verməyə çalışır.

Offsideplus.az xəbər verir ki, o, David De Xeanın yenidən komanda yoldaşı olmasını istəyir. Kriş "Mançester Yunayted" də birlikdə çıxış etdiyi ispaniyalı fubolçu ilə şəxsən danışıqlar aparır.

Şayiələrə görə, qolkiper karyerasını Avropada davam etdirmək niyyətindədir. Ona görə Ronaldonun təklifinə isti yanaşmır.

Qeyd edək ki, ispaniyalı qolkiper hazırda azad agent statusundadır.