Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 9-cu tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə autsayder "Rudeş"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 21:15-də başlayacaq.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 13 xalla (6 oyun) 4-cü, "Rudeş" 1 xalla (8 oyun) 10-cu-sonuncudur. Siyahıya 18 xalla (8 oyun) "Hayduk" başçılıq edir

Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya çempionatında meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

24 sentyabr

21:15. "Rudeş" - "Dinamo" (Zaqreb)