“Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yükləmişdik və bunun fonunda onları iş başında bir daha yoxladıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov "Qəbələ" bu gün keçirilən yoxlama oyunundan sonra söyləyib.
O, qolsuz başa çatan maçı belə şərh edib: "Oyun xoş atmosferdə keçdi. Görüşü zədəsiz başa vurduq. Hər iki hissədə maraqlı hücumlarımız alındı, hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni, bunların üzərində 4-5 gün isləməyimizə baxmayaraq, nəticə pis deyildi. Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu".