Cənubi Koreya çempionatında 29-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Suvon”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub və 81-ci dəqiqədə sarı vərəqə də alıb.

“Daejeon” hazırda 37 xalla 8-ci pillədə qərarlaşıb.