FİFA İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesə yeni sanksiya tətbiq etmək üzrədir.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, qurum Rubialesi 15 il ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırmaq istəyir. Qeyd olunur ki, bu, keçmiş rəhbərə ispaniyalı futbolçu Cennifer Hermosonun öpüşü ilə bağlı vəziyyətdə verilə biləcək maksimum cəza müddətidir.