Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 4-cü turunda “Altqlinikke” ilə qarşılaşıb.
Matç “Dinamo”nun 3:1 hesablı səfər qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk iki qolunu da Rüfət vurub. O, 45 və 74-cü dəqiqələrdə fərqlənib.