Məşhur braziliyalı futbolçu Dieqo Kostanın yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, o, azad agent kimi "Botafoqo"ya (Braziliya) keçib. 34 yaşlı hücumçu ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kostanın son klubu "Vulverhempton" olub. O, İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə keçirdiyi 23 oyunda cəmi 1 qol vurub. Dieqo əvvəllər "Atletiko Mineyro", "Atletiko", "Çelsi", "Real Valyadolid", "Braqa", "Selta" və "Albasete" kimi komandalarda çıxış edib.
Kosta “Atletiko” ilə 2 dəfə İspaniya çempionu olub, 2 dəfə Avropa Liqasının qalibi olub. Kosta "Çelsi" ilə Liqa Kubokunu qazanıb və 2 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.