"Qalatasaray"dan ayrıldıqdan bəri çalışmayan Fatih Terim yenidən sevimli işinin başına keçəcək.
Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki, 69 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasının "sükanı arxasına" keçəcək.
Artıq təcrübəli çalışdırıcı ilə razılıq əldə olunub.
Qeyd edək ki, SƏ millisini son olaraq fransalı mütəxəssis Herve Renar çalışdırıb.