Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “İnçeon”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Daejeon” hazırda 30 xalla 7-ci pillədə qərarlaşıb.