Tanınmış azərbaycanlı mütəxəssis, "Şuşa" klubunun rəhbəri və baş məşqçisi Nadir Qasımov bugünlərdə doğum gününü qeyd edib.
O, iyunun 27-də 73 yaşa qədəm qoyub. Lakin Qasımov uzun illər iş yeri olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) ünvanına təbrik almayıb.
Offsideplus.az-a danışan təcrübəli mütəxəssis, bu mənada, federasiyadan gileylənib. İllərdir Azərbaycan futboluna xidmət edən Nadir Qasımov ad günü təbriki almasa belə, "Şuşa" klubunun yeni yaradılan İkinci Diviziona buraxılacağına ümidlidir:
"İyunun 27-də 73 yaşım tamam oldu. Lakin AFFA-dan bir quru təbrik də almadım. Olsun. Ancaq ümidliyəm ki, "Şuşa" komandası İkinci Diviziona buraxılacaq. Belə bir məlumat əldə etmişəm ki, bu turnirdə mübarizə aparacaq komandaların sayı artırılacaq. Eşitdiyimə görə, daha dörd klub İkinci Diviziona gətiriləcək. Bu mənada, "Şuşa"nın da "bəxtinin açılacağına" ümidliyəm".
Offsideplus.az