"Liverpul"la müqaviləsi başa çatan Roberto Firmino karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Offsideplus.az Fabritsio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Əl-Əhli" braziliyalı hücumçu ilə görüşüb. Mənbəyə görə, tərəflər arasında danışıqlar gedir. Asiya təmsilçisi 31 yaşlı forvardın qərarını gözləyir.
Qeyd edək ki, 2015-ci ildən "Liverpulda" oynayan Firmino azad agent kimi klubdan ayrılıb.
Fəqan İbrahimli