"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempardin növbəti iş yeri Çempionşip ola bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.
Mənbəyə görə, ingiltərəli mütəxəssis "Koventri Siti"nin diqqət mərkəzindədir.
Qeyd edək ki, Lempard “Çelsi”dən başqa, “Derbi Kaunti” və “Everton”da da çalışıb.