Cənubi Koreya çempionatında 19-cu turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tecan Xana Sitizen" növbəti görüşünə çıxıb. Sözügedən komanda səfərdə "Jeju Yunayted" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
24 yaşlı müdafiəçi əsas heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Tecan Xana Sitizen" 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.