İran çempionatında mövsümün sonuncu - 30-cu turunun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti oyununa çıxıb. 

Təbriz klubu səfərdə “İstiqlal”la qarşılaşıb. “Traktor" bu matçdan ağır məğlubiyyətlə ayrılıblar - 1:7.

Qeyd edək ki, “Traktor” 30 turda topladığı 52 xalla 16 kollektiv arasında 4-cü yeri tutub.