Xəbər verdiyimiz kimi, Bakıda "Sabah" və "Beşiktaş" klubları arasında xeyriyyə oyunu keçiriləcək.

 Futbolsevərləri düşündürən əsas suallardan biri də matçın hansı yerli telekanal vasitəsilə yayımlanacağıdır. Bizdə olan məlumata görə, qarşılaşmanı İTV-də canlı yayımlanacaq.

Mövzu ilə bağlı adıçəkilən telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimovla əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında bu barədə məlumat olsa, ictimaiyyətin bilgiləndiriləcəyini söylədi.

Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq.

Offsideplus.az