Futbol üzrə Almaniya Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Boxolt”la qarşılaşıb və 2:4 hesabı ilə uduzub. 

Rüfət Dadaşov da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dadaşov komandasının hər iki qolunun müəllifi olub. O, 22-ci və 52-ci (penaltidən) dəqiqələrdə fərqlənib.