Gürcüstan yığması Avro-2024-ün seçmə mərhələsinin ilk turunda Norveç millisi ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçda Gürcüstan millisinin heyətində "Neftçi"nin müdafiəçisi Solomon Kverkveliya da oynayıb.
Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili və "Sabah"ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda Gürcüstan yığması 1 xalla 4-cü pillədə qərarlaşıb.