Dünyanın ali futbol qurumu FİFA bu idman növündə zaman itkisinin qarşısını almaq məqsədi ilə bir sıra yeni qərarlar qəbul emtəyə hazırlaşır.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, FİFA-nın fikrincə, itirilmiş zaman futbol üçün ən aktual problemdir. Ona görə də, qurum həftəsonu Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) iclasında bu mövzuda yeni qərarları qəbulunu müzakirə edəcək.
Bildirilir ki, FİFA iyun ayından etibarən oyunlarda qol sevincinə sərf olunan vaxtı da görüşün əsas vaxtına əlavə etmək niyyətindədir.