Rusiya millisinin İranla keçirəcəyi yoxlama oyununun vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşma martın 23-də, Tehranda keçiriləcək.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.