Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.
Komanda səfərdə “Kaan-Marienborn”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 komanda arasında 8-ci pillədə yer alıb.