Almaniyanın Qərb Regional Liqasında 22-ci turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.