Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 3:1.

Qeyd edək ki, “Traktor” 17 turdan sonra 26 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.