Yaponiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Moriyasu Hadzime ilə bağlı qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Asiya təmsilçisi 54 yaşlı mütəxəssislə yola davam edəcək. Təcrübəli çalışdırıcının müqaviləsinin müddəti 2026-cı ilədək uzadılıb. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Moriyasu Hadzime 2018-ci ildən Yaponiya yığmasına rəhbərlik edir.