İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.

Offsideplus.az  xəbər verir ki, heyətdə  “Qrasshoppers”in formasını geyinən azərbaycanlı futbolçu Renat Dadaşov da yer alıb.

Millimizin hücumçusu bu mövsüm İsveçrə çempionatında 15 oyunda meydana çıxıb, 4 qol vurub və 1 asisst edib.

Qeyd edək ki, “Qrasshoppers” Super Liqada 16 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb.