Ukrayna yığmasının sabiq futbolçusu Andrey Şevçenko Polşa yığmasının baş məşqçisi ola bilər.

Offsideplus.az xəbər verir ki, Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa 46 yaşlı mütəxəssisi bu posta gətirmək niyyətindədir.

Yığma komandanın hazırkı baş məşqçisi Çeslav Mixneviçin müqaviləsi ilin sonunda bitəcək. AÇ-2024-ün seçmə mərhələsi martda başlayacağı üçün Kuleşa tez qərar vermək niyyətində deyil.