İranın "Traktor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisini Pako Xames çalışdıracaq.  İspaniyalı məşqçi ilə müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, məşqçilik karyerası İspaniyada keçən 52 yaşlı mütəxəssis son olaraq "İbitsa" klubunu çalışdırıb.