Yunanıstan "Olimpiakos"u braziliyalı futbolçusu Marselo ilə yollarını ayırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Klub 34 yaşlı oyunçu ilə müqaviləyə xitam verməyi planlaşdırır.

Baş məşqçi Miçel Qonzalesin gələcək planlarına daxil olmayan təcrübəli futbolçunun yaxın zamanda komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Marselo "Olimpiakos"un heyətində cəmi 5 oyunda meydana çıxıb.