"Reyncers"də baş məşqçi ayrılığı reallaşıb. 

Offsideplus.az xəbər verir ki, Şotlandiya təmsilçisi Covanni van Bronxorstun  müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, niderlandlı mütəxəssis 2021-ci ilin noyabrından "Reyncers"i çalışdırırdı. Komanda onun rəhbərliyi ilə ölkə kubokunu qazanmışdı. O, həmçinin klubla Avropa Liqasında final oynamış və gümüş medal əldə etmişdi.

Qeyd edək ki, "Reyncers" Şotlandiya çempionatında 15 turdan sonra 33 xalla 2-ci sırada qərarlaşıb.