Almaniyanın Qərb Regional Liqasında 17-ci turun matçları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti oyununa çıxıb. Sözügedən kollektiv səfərdə Mönhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Cari mövsümdə 5 qol vurmuş Dadaşov bu görüşün iştirakçısı olmayıb. Ötən tur ağır zədə alan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Şalke”nin ikinci komandası hazırda 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.