Bu ay Qətərdə dünya çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, ərəb ölkəsinə yollanan ilk komandanın adına aydınlıq gəlib.

Belə ki, ABŞ artıq Qətərə yollanıb. Onlar paytaxt Dohanın şimalındakı "Marsa Malaz Kempinski" otelində məskunlaşıb.

ABŞ millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda B qrupunda İngiltərə, İran və Uelslə qarşılaşacaq.