Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) da növbəti matçını keçirib. 

Plotsk təmsilçisi səfərdə “Rakov”la üz-üzə gəlib. Müdafiəçimizin komandası bu oyunu böyükhesablı məğlubiyyətlə (1:7) başa vurub.

Krivotsyuk da matça start heyətdə başlayıb və 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Visla” 16 turdan sonra 25 xalla 18 komanda arasında 7-ci pillədə yer alıb.